Tokio, 22 sentyabr, /AJMEDIA/
Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından AJMEDIA-ya verilən məlumata görə, tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.
Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.İlin ikinci Günəş tutulması başa çatıb.
Bu, qismən tutulma olub.
Günəş tutulması sentyabrın 22-si saat 01:53-də sona çatıb. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olub.
Günəş tutulması Sakit okean, Yeni Zelandiya və Antarktidada görünüb, Azərbaycan ərazisində müşahidə olunmayıb.
