Tokio, 3 noyabr, /AJMEDIA/
2025-ci il noyabrın 3-də Yaponiya hökuməti 2025-ci ilin payız mövsümündə xarici vətəndaşlar üçün nəzərdə tutulan dövlət təltiflərinin laureatlarını elan edib.
Azərbaycandan olan Telman Abbasov adına 225 nömrəli məktəbin yapon dili müəllimi Esmira Məmmədova tərəfindən Gümüş Şəfəqli Gündoğar Ordeni (The Order of the Rising
Sun, Silver Rays) ilə təltif olunub.
AJMEDIA Yaponiyanın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, Esmira Məmmədova Azərbaycanda yapon dili təhsilinin inkişafına və Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın təşviqinə verdiyi töhfəyə görə həmin mükafata layiq görülüb.
Qeyd edək ki, xarici vətəndaşlara verilən ordenlər, Yaponiya ilə dostluğun möhkəmlənməsi və digər sahələrdə göstərilən mühüm xidmətlərə görə, Yaponiya İmperatorunun adından təqdim olunur.
Bildirilir ki, Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən laureata orden və təltif sənədi yaxın günlərdə təqdim ediləcəkdir.
