Yaponiyanın hakim partiyaları hücum olacağı təqdirdə əks zərbə endirmək barədə razılığa gəliblər

Tokio, 3 dekabr , /AJMEDIA/

Yaponiyanın hakim partiyaları ölkəyə silahlı hücum olacağı təqdirdə əks zərbə endirmək barədə razılığa gəliblər.
AJMEDIA xəbər verir ki, bu, Yaponiyanın siyasətində II Dünya müharibəsindən sonra baş verəcək ən böyük dəyişikliklərdən biri olacaq. Bu barədə razılaşma Yaponiya Liberal Demokratik Partiyası (LDP) ilə onun koalisiya tərəfdaşı “Komey-to” partiyası arasında aparılan danışıqlar zamanı əldə edilib. Bildirilib ki, Yaponiyanın müasir müdafiə sistemi regionda artmaqda davam edən təhdidlərlə mübarizəyə qarşı zəif təchiz edilib. Qeyd edilib ki, on il bundan əvvəl mövcud olan vəziyyətlə indiki dürüm arasında böyük fərq var və şimali Koreya ardıcıl şəkildə ballistik raketlərin sınağını keçirir. Buna görə də Yaponiya özünü müdafiə etmək üçün əks zərbə endirmək imkanına malik olmalıdır.
Hər iki partiyadan olan deputatlar bu zərbələrin əsasən özünü müdafiə məqsədilə məhdudlaşacağı və heç vaxt qabaqlayıcı şəkildə tətbiq olunmayacağı barədə razılığa gəliblər. Bu əks zərbələr yalnız hərbi obyektlərə yönəldiləcək və təhlükəni aradan qaldırmaq məqsədi daşıyacaq. Həmçinin bu zərbələr Yaponiyaya və ya onun müttəfiqlərinə hücum olacağı halda tətbiq olunacaq.
Yaponiya hökuməti bu məqsədlə qəbul ediləcək sənədlərin ilin sonunadək baxılacağını bəyan edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts