Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

Tokio, 24 aprel , /AJMEDIA/

Bu gün biz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi barədə Birgə Bəyannamə imzaladıq.

AJMEDIA xəbər verir ki, bu fikirləri Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

“Bu sənədin imzalanması praktikada müəyyən olunan Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir”, – deyə Prezident Sadır Japarov qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts