Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Tokio, 23 aprel , /AJMEDIA/

Azərbaycan Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş təsdiq edilib.

AJMEDIA xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin aprelin 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Saziş 2024-cü il martın 1-də Bakı şəhərində imzalanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts