Yaponiyanın Baş naziri “Fukusima-1” AES-də ləğvetmə işlərinin gedişi ilə tanış olub

Tokio, 18 Oktyabr, /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişoida qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasında (AES) ləğvetmə işlərinin gedişi ilə tanış olub.

AJMEDIA xəbər verir ki, bu, F.Kişida hökumətin başçısı seçildikdən sonra onun regiona ilk səfəridir.

“Prefektura ərazisində bərpa işlərini tam yekunlaşdırmaq üçün AES-də ləğvetmə işlərini başa çatdırmaq lazımdır. Biz, yerli sakinlərin istəyini əsas götürərək bu istiqamətdə işləri səylə davam etdirmək niyyətindəyik”, – deyə Baş nazir bildirib.

Qeyd edək ki, Yaponiya hökumətinin başçıları 2011-ci ildə dəhşətli zəlzələnin və sunaminin baş verdiyi Fukusima prefekturasına mütəmadi surətdə səfərlər edirlər.

Prefekturaya işgüzar səfər zamanı F.Kişida AES-də ləğvetmə işlərinin gedişi ilə tanış olub. Ona AES ərazisində toplanan radiasiyalı su barədə də ətraflı məlumat verilib.

Yaponiya hökuməti burada toplanmış həmin suyu müvafiq təmizləmə aparıldıqdan sonra okeana axıtmağı planlaşdırır. Lakin hökumətin bu planı qonşu ölkələr tərəfindən böyük narazılıqla qarşılanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts