Yaponiyanın Azərbaycandakı səfiri ölkəmizdə yapon dilinin tədrisinə töhfələr verən müəllimləri mükafatlandırıb

Tokio, 15 Oktyabr, /AJMEDIA/

Uzun illər Azərbaycanda yapon dilinin təhsili və tədrisinə böyük töhfələr vermis, çoxsaylı şagird və tələbələr yetişdirmiş Azərbaycan Dillər Universiteti Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Xarici dillər kafedrasının (yapon dili) müəllimi, filologiya üzrə fəlsəfə doktoru Yaşar İbrahimov və 225 saylı tam orta məktəbin yapon dili müəllimi Esmira Məmmədova Yaponiya səfiri tərəfindən mükafatlandırılıblar.

AJMEDIA xəbər verir ki, hər iki müəllim Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi tərəfindən xüsusi diplomla təltif olunub.

Həmin müəllimlərlə görüşən səfir onlara Azərbaycanda yapon dilinin tədrisinə əvəzsiz töhfələrinə görə təşəkkür edib, onlara diplomlar təqdim edib. Biz də öz növbəmizdə, bir daha Yaşar müəllim və Esmira müəllimi səmimi qəlbdən təbrik edir və iki ölkə arasında əlaqələrin inkişafında böyük zəhmətlərinə görə minnətdarlığımızı bildiririk.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts