Yaponiyada koronavirusa gündəlik yoluxma sayı 70 min nəfəri ötüb

Tokio, 27 yanvar, /AJMEDIA/

Yaponiya Səhiyyə Nazirliyi artıq iki gündür ki, ölkə üzrə rekord sayda koronavirusa yoluxma qeydə alır. İlk dəfə olaraq ölkə üzrə yeni yoluxanların sayı 70 min nəfəri ötüb. Ümumilikdə ağır vəziyyətdə olanların sayının 470 nəfərə çatdığı bildirilir ki, bu da yanvarın 25-i ilə müqayisədə 26 nəfər çoxdur.

AJMEDIA xəbər verir ki, paytaxt Tokio da daxil olmaqla Yaponiyanın 47 prefekturasından üçdə ikisində rekord sayda gündəlik yoluxma qeydə alınıb. Paytaxtda yeni yoluxanların sayı ötən həftənin həmin günü ilə müqayisədə demək olar ki, iki dəfə artıb. Hökumət tərəfindən fövqəladə vəziyyət rejiminin elan edildiyi prefekturaların sayı artırılsa da, virus sürətlə yayılmaqda davam edir. Yanvarın 27-də daha 18 prefekturada fövqəladə vəziyyət rejimi elan olunacaq. Bunun fevralın 20-dək davam edəcəyi bildirilir.

Hökumət buster dozanın əsasən, tibb işçilərinə və yaşlılara vurulmasında israrlıdır. Yanvarın sonunadək ölkə üzrə 14,7 milyon nəfərə təkrar peyvənd alma hüququ verilib. Son məlumatlara görə yalnız 20 faiz onu ala bilib.

Məsələni çətinləşdirən məqam sakinlərin əksəriyyətinin “Pfizer” şirkətinin peyvəndini “Moderna” şirkətinin peyvəndindən üstün tutmasıdır. Yerli hakimiyyət orqanlarına hökumət tərəfindən hər iki peyvəndin eyni miqdarda ayrılması vəziyyəti ağırlaşdırır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts