Yaponiya və Almaniya döyüş təyyarələrinin iştirakı ilə ilk birgə təlimlər keçiriblər

Tokio, 29 sentyabr , /AJMEDIA/

Yaponiya özünümüdafiə hərbi-hava qüvvələri və Almaniya Federativ Respublikasının hərbi-hava qüvvələri döyüş təyyarələrinin iştirakı ilə ilk birgə təlimlər keçiriblər.
AJMEDIA Yaponiya KİV-nə istinadla xəbər verir ki, təlimlərdə Yaponiya tərəfdən üç F-2 qırıcısı, Almaniya tərəfdən isə üç “Eurofighter” qırıcı təyyarəsi iştirak edib. Bildirilir ki, təlimlərin məqsədi hərbçilər arasında kommunikasiyanın qurulmasından və birgə fəaliyyət bacarıqlarını artırmaqdan ibarət olub.
NHK telekanalının yaydığı məlumata görə, bu təlimlərin keçirilməsi Almaniyanın da Hind-Sakit okean regionunda baş verən son hadisələri diqqətlə izlədiyini təsdiq edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts