Yaponiya və ABŞ Yapon dənizi üzərində döyüş təyyarələrinin iştirakı ilə birgə təlimlər keçirib

Tokio, 26 may , /AJMEDIA/

Yaponiya özünümüdafiə qüvvələrinin və ABŞ hərbçiləri mayın 25-də Yapon dənizi üzərində döyüş təyyarələrinin iştirakı ilə birgə təlimlər keçiriblər.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya özünümüdafiə qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsi məlumat yayıb.
Qeyd edilir ki, Yaponiya tərəfdən təlimlərdə dörd F-15, ABŞ tərəfdən isə dörd F-16 qırıcısı iştirak edib. Bildirilir ki, təlimlərin məqsədi təhdidlərə tez bir vaxtda reaksiya vermək, həmçinin Yaponiya-ABŞ alyansını daha da möhkəmləndirməkdir.
Kyodo agentliyinin yazdığına görə, Yaponiya və ABŞ bu təlimlərlə Şimali Koreyaya mayın 25-də keçirdiyi növbəti raket sınaqlarına görə xəbərdarlıq edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts