Yaponiya Ukraynaya humanitar ehtiyaclar üçün daha 300 milyon dollar ayırıb

Tokio, 19 may , /AJMEDIA/

Yaponiya hökuməti Ukraynaya humanitar ehtiyac üçün daha 300 milyon dollar yardım ayırmaq barədə qərar qəbul edib.
AJMEDIA xəbər verir ki, bu barədə mayın 19-da jurnalistlərə Yaponiyanın Baş naziri Fumio Kişida bəyan edib.
“Bu günədək biz Ukraynaya 300 milyon dollar maliyyə yardımı ayırmışdıq. Həmin məbləğin 600 milyon dollara çatdırılması barədə qərar qəbul etdik”, – deyə Baş nazir bildirib.
Yaponiya hökumətinin başçısı əlavə edib ki, hazırda Ukraynada vəziyyət çox ağır olaraq qalmaqda davam edir. G7 ölkələrinə daxil olan Yaponiya Ukraynaya yardımı davam etdirəcək.
F.Kişida, həmçinin bəyan edib ki, Ukraynaya yardımla bağlı atılacaq addımlar barədə o, gələn həftə Yaponiyaya səfər edəcək ABŞ Prezidenti Co Baydeni də məlumatlandıracaq. Bununla yanaşı, Yaponiya, ABŞ, Avstraliya və Hindistan liderlərinin Tokioda keçiriləcək Təhlükəsizliklə Bağlı Dördtərəfli Dialoq (QUAD) sammitində də bu barədə məlumat verəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts