Yaponiya Şərqi Çin dənizində böyük hərbi sursat bazası yaradacaq

Tokio, 7 sentyabr , /AJMEDIA/

Yaponiyanın Müdafiə Nazirliyi Şərqi Çin dənizində yerləşən Amamioşima adasında böyük hərbi sursat bazası inşa edəcək.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Yasukazu Hamada sentyabrın 7-də “Nikkei” qəzetində dərc olunmuş müsahibəsində bildirib.
“Biz Amamioşima adasında yerləşən özünümüdafiə qüvvələrinin quru qoşunlarının arsenalında böyük hərbi sursat bazası yaradacağıq. Bu, hərbi qabiliyyətimizin gücünü artırmaq imkanı yaradacaq”, – deyə nazir qeyd edib. Diqqətə çatdırıb ki, səmərəli müdafiə üçün yalnız gəmilər, təyyarələr və digər texnikalar deyil, həmçinin kifayət qədər silah-sursat lazımdır.
Y.Hamada, həmçinin bildirib ki, Yaponiya Müdafiə Nazirliyi Şərqi Çin dənizində yerləşən Okinava adasında liman tikililərinin sayının və yanacaq ehtiyatlarının artırılması planını da nəzərdən keçirir. Tayvan adası ətrafında son vaxtlar artan gərginlik fonunda rəsmi Tokio bu rayona diqqəti xeyli artırıb.
Yaponiya Müdafiə Nazirliyində son aylarda hərbi sursatın çatışmazlığı ilə əlaqədar narahatlıq artmaqdadır. “Nikkei” qəzetinin məlumatına görə, mövcud ehtiyatlar maksimum iki ay davam edəcək intensiv əməliyyatlardan sonra tükənə bilər. Bununla yanaşı, silah-sursat ehtiyatlarının 70 faizə qədəri Hokkaydo adasında cəmlənib və onun ölkənin digər rayonlarına göndərilməsi böyük vaxt tələb edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts