Gürcüstan parlamentariləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Tokio, 22 aprel , /AJMEDIA/

Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri Davit Sonğulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 22-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.

AJMEDIA xəbər verir ki, Gürcüstan parlamentariləri, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirərək, məzarları üzərinə gül dəstələri qoyublar.

Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts