Norveç XİN Azərbaycan və Ermənistan arasında sərhədin müəyyən hissəsində delimitasiya razılaşmasını alqışlayıb

Tokio, 21 aprel , /AJMEDIA/

Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən hissələrinin delimitasiyası ilə bağlı razılığın əldə olunması ilə əlaqədar Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eyvind Vad Petersson “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

AJMEDIA xəbər verir ki, dövlət katibi yazıb: “Norveç Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası prosesində razılaşmanın əldə olunması barədə sevindirici xəbəri alqışlayır, biz bu mühüm işdə hər iki ölkəyə və bütün regiona fayda verəcək nəticələrə nail olmaq üçün sürətli irəliləyişi gözləyirik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts