Yaponiya parlamentinin növbədənkənar sessiyası oktyabrda çağırılacaq

Tokio, 15 sentyabr , /AJMEDIA/

Yaponiya hökuməti parlamentin növbədənkənar sessiyasını oktyabrda çağırmağı planlaşdırır.
AJMEDIA xəbər verir ki, bu barədə hakim Liberal Demokratik Partiyanın (LDP) sədri, Baş nazir Fumio Kişida öz fraksiyasının sentyabrın 15-də keçirilən iclasında bəyan edib.
“Qarşıdan BMT-nin Baş Assambleyası, sabiq Baş nazir Şinzo Abenin dövlət dəfn mərasimi gəlir. Növbəti ayda isə parlamentin növbədənkənar sessiyası planlaşdırılır”, – deyə Baş nazir bildirib. İlkin məlumata görə, parlamentin oktyabrın 3-də toplaşacağı gözlənilir. Növbədənkənar sessiyada cari maliyyə ili üçün əlavə büdcənin təsdiqi nəzərdə tutulur.
Yaponiyada parlamentin növbədənkənar sessiyası adətən ildə bir neçə dəfə keçirilir. Bu zaman dəqiq tarix partiyalar və hökumətlə razılaşdırılır. Son illər belə sessiyalardan biri sentyabr-oktyabr aylarına təsadüf edib. Yaponiya parlamentinin 150 gün davam edən daimi sessiyası isə hər il yanvarda açılır.
Cari il avqustun sonlarında Yaponiya müxalifəti hökumətdən qısa müddətdə növbədənkənar sessiyanı çağırmağı və bu sessiyada qiymət artımı və LDP-dən olan bir çox deputatların Ş.Abenin qətlindən sonra qalmaqallı “Birlik kilsəsi” ilə əlaqəsini araşdırmağı tələb edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts