Yaponiya növbəti raket sınağına görə Şimali Koreyaya etirazını bildirib

Tokio, 28 yanvar, /AJMEDIA/

Yanvarın 27-də keçirilən növbəti raket sınağına görə Yaponiya diplomatik kanallar vasitəsilə Koreya Xalq Demokratik Respublikasına (KXDR) etirazını bildirib.

AJMEDIA xəbər verir ki, bu barədə yanvarın 28-də jurnalistlərə Yaponiyanın müdafiə naziri Nobuo Kişi məlumat verib.

“Pekindəki səfirlik vasitəsilə KXDR-ə etirazımızı bildirmişik”, – deyə nazir bildirib. N.Kişi, həmçinin KXDR-in yanvarın 27-də iki raketin sınağını keçirməsi barədə məlumatı da təsdiq edib.

Qeyd edək ki, yanvarın 28-də Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) KXDR tərəfindən bu həftə ərzində uzaq məsafəli qanadlı raketin və “Yer-yer” sinfindən olan idarəedilən taktiki raketin sınağının keçirildiyini elan edib. KMTA, həmçinin KXDR-in güclü başlıqlara malik raketlərin sınağını davam etdirəcəyini də bildirib.

Eyni zamanda, KMTA raketlərin 1800 kilometr məsafədə yerləşən hədəfi vurduğunu da qeyd edib. Raketlərin ümumilikdə 9137 saniyə uçduğu bildirilir.

Əlavə olaraq qeyd edək ki, yanvarın 27-də Cənubi Koreya hərbçiləri KXDR tərəfindən yaxın məsafəli iki ballistik raketin buraxıldığını və onların Xamqyon-Pukto adasındakı hədəfi vurduğunu bəyan ediblər.

Bu, cari ildə Pxenyan tərəfindən həyata keçirilən sayca altıncı raket sınağıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts