Yaponiya koronavirusun yeni ştamına görə Afrikanın cənubundan gələnlərin girişinə məhdudiyyətləri sərtləşdirib

Tokio, 28 Noyabr, /AJMEDIA/

Yaponiya hökuməti koronavirusun yeni ştamına görə Afrikanın cənubundan gələnlərin ölkəyə girişinə məhdudiyyətləri sərtləşdirib.

AJMEDIA xəbər verir ki, bu barədə şənbə günü jurnalistlərə Baş nazir Fumio Kişida məlumat verib.

“Hazırda yeni ştamla əlaqədar yaranan vəziyyətə bizim cavabımız Afrikanın cənubunda yerləşən doqquz ölkənin vətəndaşlarına qarşı məhdudiyyətlərin sərtləşdirilməsidir”, – deyə Baş nazir bildirib. F.Kişida əlavə edib ki, CAR, Esvatini, Zimbabve və Mozambik də daxil olmaqla Afrikanın cənubunda yerləşən doqquz ölkədən və ya ərazi vahidindən gələn yaponlar və uzun müddətli Yaponiya vizasına malik olan şəxslər xüsusi otellərdə 10 günlük karantində qalmalıdırlar.

Bu ərəfədə, həftənin cümə günü Yaponiya hökuməti Afrikanın cənubunda yerləşən və koronavirusun yeni ştamının aşkar edildiyi altı ölkədən gələnlər üçün ölkəyə giriş şərtlərini sərtləşdirib. Burada söhbət CAR, Esvatini, Zimbabve, Namibiya, Botsvana və Lesotodan gedir. Hazırda ölkənin bütün aeroportlarında müvafiq məhdudiyyətlərin qüvvəyə mindiyi bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts