Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə: sabahdan sənəd qəbulu başlanır

Tokio, 31 yanvar , /AJMEDIA/

Sabahdan “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlanır.
AJMEDIA xəbər verir ki, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçiriləcək ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.
Proqrama müraciət fevralın 1-dən aprelin 1-dək davam edəcək.
Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət oluna bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts