Xətai rayonu ərazisində qız imtahanda zəif nəticə göstərməsi səbəbindən intihar edib

Tokio, 4 may , /AJMEDIA/

Mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb. O, eyvanın altında dayanıb, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, hadisə nəticəsində X.Babayeva hadisə yerində ölüb, Z.Niyazov isə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti orta-ağırdır.
İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyənləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts