“Vikipediya”da Şuşa ilə bağlı rumın dilində məqalələr yaradılır

Tokio, 26 yanvar, /AJMEDIA/

“Şuşa İli” çərçivəsində “Qorqud” Vikipediya Metodik Klubu və Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının ortaq təşkilatçılığı ilə “Vikipediya”nın rumın dili bölməsində məqalələr zənginləşdirilir.

Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Bir neçə gündür ki, “Vikipediya”nın rumın dili bölməsində məqalələrin zənginləşdirilməsi davam edir. Belə ki, tarixi əhəmiyyət daşıyan Mehmandarovların evi, Zöhrabbəyovun evi haqqında onlayn ensiklopediyanın rumın dili bölməsində məqalələr yaradılıb. Məqalələr Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının sədri Vaqif Həsənov tərəfindən tərcümə olunur. Daha sonra klubun ekspertləri tərəfindən “Vikipediya”ya yerləşdirilir. Məqsəd “Şuşa İli” çərçivəsinə bu prosesə töhfənin verilməsidir. Qeyd edim ki, Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri Qulamhüseyn Məmmədov, Ayxan Zayıdzadə, Sübhan Xıdırzadə və başqa könüllülər tərəfindən “Şuşa İli” çərçivəsində türk, rus, ingilis və digər dillərdəki bölmələrində də məqalələr yaradılır və əsaslı redaktələr aparılır”, – deyə Elnur Eltürk bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts