Vətən müharibəsinə həsr edən kitabın təqdimatı olub

Tokio, 3 iyun , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “44 günlük Vətən müharibəsi tarixmizin Zəfər səlnaməsidir” layihəsi çərçivəsində çap olunan “Zəfər səlnaməsi” adlı kitabın təqdimatı keçirilib.
İdarədən AJMEDIA-ya bildirilib ki, təqdimatda “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri Pərvanə Mustafayeva çıxış edərək şanlı Zəfər qələbəsindən söz açıb. “44 gün ərzində davam edən şərəfli döyüş nəticəsində işğalda qalan torpaqlarımız mənfur düşmənlərimizdən azad olunub. Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələnib və azad edilmiş bütün torpaqlarda şanlı bayrağımız ucaldılıb. Bu gün hər bir azərbaycanlı qələbəni yaşamaqla bərabər, bu yolda canını fəda edən Vətən övladlarının əziz xatirəsini də unutmur, onları daim yad edir və əbədiyən qəlbində yaşadır. Biz də “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi olaraq, 44 günlük Vətən savaşında qazanılan qələbənin sevincinə öz töhfəmizi qələbəmizlə verməyə çalışdıq”, – deyə P.Mustafayeva qeyd edib.
Kitabxananın direktoru Sevil Əliyeva gənclərimiz üçün belə kitabların önəmindən danışıb. “Müqəddəs Vətənin azadlığı və torpaqlarımızın yadelli işğalçılardan qorunması uğrunda minlərlə şəhid verdik, minlərlə qazilərimiz olub. Xalqımıza böyük qürur hissi yaşadan bu möhtəşəm qələbənin təmin olunmasında əsas pay sahibi rəşadətli Azərbaycan ordusu, şəhid və qazilərimizdir. Onları xatırlatmaq, gələcək nəsillərə tanıtmaq hər birimizin borcudur”,- deyə kitabxananın direktoru vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts