Vətən müharibəsi şəhidi Murad Nağıyevin döyüş yoluna həsr edilmiş kitabın təqdimatı olub

Tokio, 13 fevral , /AJMEDIA/

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi leytenant, tank komandiri Murad Nağıyevin döyüş yoluna həsr edilmiş “Qayıtsaydım, gedib qayıtmayanlara, yarımçıq qalanlara” adlı sənədli filmin və “Murad” adlı kitabın təqdimatına həsr edilmiş tədbir keçirilib.
Mərkəzdən AJMEDIA-ya bildiriblər ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhid Murad Nağıyevin keçdiyi döyüş yolu haqqında məlumat verilib və sənədli film nümayiş etdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts