Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üçün test imtahanı keçiriləcək

Tokio, 18 iyun , /AJMEDIA/

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.
Bu barədə AJMEDIA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, işə qəbulu imtahanı avqustun 7-də təşkil ediləcək. İmtahan üçün qeydiyyat DİM-in internet saytında iyulun 18-i saat 09:00-dan iyulun 28-i saat 17:00-dək həyata keçiriləcək.
İşə qəbul olmaq istəyən namizədlər üçün iyulun 17-də sınaq imtahanı da keçiriləcək Sınaq imtahanı üçün qeydiyyat DİM-in internet saytında iyunun 20-si saat 09:00-dan iyulun 7-si saat 17:00-dək aparılacaq.
Qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts