UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olan Azərbaycan şəhərlərinin sosial şəbəkədə təbliği işlərinə start verilib

Tokio, 22 iyun , /AJMEDIA/

Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyası birlikdə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olan şəhərlərin beynəlxalq təqdimatı və təbliği, yerli şəhər yaradıcılığı və kreativliyinin inkişafı istiqamətində sosial şəbəkə hesabları üzərindən təbliğat maarifləndirmə işlərinə start verib.
Azərbaycandan 3 şəhər – Lənkəran (2021, “qastronomiya” tematikası üzrə), Şəki (2017, “sənət və sənətkarlıq” tematikası üzrə) və Bakı (2019, “dizayn” tematikası üzrə) Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, Mədəniyyət Nazirliyi və tərəfdaşları həmin postların və məlumatların milli və beynəlxalq səviyyədə tanıdılması üçün geniş ictimaiyyəti aşağıda qeyd olunan səhifələri izləməyə dəvət edir. Bununla yanaşı, adıçəkilən yaradıcı şəhərlərlə bağlı izləyicilər tərəfindən hər hansı maraqlı məzmunun paylaşılması istəyi olacağı təqdirdə həmin məlumatları [email protected][email protected] elektron poçtlarına göndərilməsi xahiş olunur.
Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olan 3 şəhərin feysbuk və instaqram sosial şəbəkələrindəki səhifələri:

https://www.instagram.com/shekicityofcraft/
https://www.facebook.com/shekicityofcraft/

https://www.instagram.com/bakucityofdesign/
https://www.facebook.com/bakucityofdesign/

https://www.instagram.com/lankarancityofgastronomy/
https://www.facebook.com/lankarancityofgastronomy/

Follow us on social

Facebook Twitter Youtube

Related Posts