UNEC Aİ-nin Türkiyədə maliyyələşdirilən layihələrinə cəlb olunacaq

Tokio, 31 Oktyabr, /AJMEDIA/

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Türkiyədə reallaşdırılan layihələrdə iştirak edəcək.

AJMEDIA xəbər verir ki, bu barədə UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov sosial şəbəkədəki hesabında bildirib.

“Beynəlxalq Strateji Menecment Konfransının sədri və Türkiyə Əmək və Sosial Müdafiə Nazirinin müavini, professor Lütfihak Alpkanla UNEC-in potensialının artırılması məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Türkiyədə reallaşdırılan müvafiq layihələrə UNEC-in cəlb edilməsi imkanlarını müzakirə etdik və razılıq əldə etdik”, – deyə Ədalət Muradov feysbukdakı hesabında yazıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts