UNEC-ə qəbul olmaq istəyən əcnəbi vətəndaşların nəzərinə

Tokio, 17 may , /AJMEDIA/

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2023/2024-cü tədris ili üçün əcnəbilərin sənəd qəbuluna başlanılıb.
Bu barədə AJMEDIA-ya UNEC-dən məlumat verilib. Bildirilib ki, əcnəbilər ixtisaslardan asılı olaraq, Azərbaycan, türk, ingilis və rus dillərində təhsil ala bilərlər.
Sənədlər avqustun 31-dək qəbul ediləcək. Dərslərin sentyabrın15-də başlanması nəzərdə tutulur.
Əlaqə və suallar üçün: [email protected] ünvanına müraciət etmək olar. Mayın 20-dən avqustun 30-dək həftəiçi hər gün saat 11:00-dan 11:30–dək onlayn məsləhətlər “Zoom” proqramı üzərindən aparılacaq. Əcnəbilərin qəbulu elektron formada həyata keçirilir. Əlavə məlumat və qəbul üçün lazım olan sənədlərin siyahısı ilə UNEC-in saytında tanış olmaq mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts