Ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla yay məktəbi təşkil ediləcək

Tokio, 10 iyun , /AJMEDIA/

İyunun 16-dan ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla yay məktəbinin təşkil edilməsi nəzərdə tutulur.
Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 30-dək davam edəcək yay məktəbi ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən olunacaq.
Yay məktəbinin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir. Yay məktəbi ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulur. Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar veriləcək, bölmələr üzrə ümumiləşdirmələr aparılacaq, kompleks mövzular üzrə tapşırıqlar işləniləcək.
Yay məktəbində iştirak etmək istəyən təhsilalanların valideynləri (və ya digər qanuni nümayəndəsi) iyunun 13-dən etibarən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə regional təhsil idarələrinə müraciət edə bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts