Ümumi təhsil müəssisələrində idman həftəsi keçirilib

Tokio, 7 mart , /AJMEDIA/

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar elm və təhsil nazirinin müvafiq əmri ilə martın 1-dən 7-dək ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AJMEDIA-ya bildirilib ki, layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən, məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil edilib.

Bununla yanaşı, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbində ənənəvi respublika şahmat turniri keçirilib.

Qeyd edək ki, idman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağını artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts