Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə vakansiya seçiminin nəticələri açıqlanıb

Tokio, 2 sentyabr , /AJMEDIA/

Avqustun 30-dan sentyabrın 1-dək keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimlərinin nəticələri açıqlanıb.
Bu barədə AJMEDIA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, vakansiya seçimlərində iştirak edən namizədlərdən 1022 nəfəri müddətli müqavilə ilə çalışmaq imkanı qazanıb.
Uğur qazanan namizədlər 6 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.
Namizədlərdən sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tələb olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts