“Ümumi təhsil haqqında” Qanunda dəyişikliklər təsdiqləndi

Tokio, 23 dekabr , /AJMEDIA/

Milli Məclisdə “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiq edilib.
AJMEDIA xəbər verir ki, sənəd Milli Məclisin dekabrın 23-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il 13 may tarixli Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması məqsədilə hazırlanıb.
Belə ki, təklif edilən dəyişikliyə əsasən internat tipli ümumtəhsil müəssisələri anlayışı onların növlərinə görə təsnifləşdirilərək yeni redaksiyada verilib. Layihədə internat tipli təhsil müəssisələrinin fəaliyyət prinsiplərinə görə bölündüyü, onların özlərinin də ümumi təyinatlı, inteqrasiya təlimli və xüsusi təhsil müəssisələri kimi qruplaşdırıldığı öz əksini tapıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts