UFAZ tələbələrinin Strasburq Universitetində yay məktəbi iyulun 18-də başa çatacaq

Tokio, 16 iyul , /AJMEDIA/

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin Strasburq Universitetində iştirak etdikləri Yay məktəbi iyulun 18-də başa çatacaq.
Bu barədə AJMEDIA-ya UFAZ-dan məlumat verilib.
İyulun 3-dən başlanmış yay məktəbinin proqramına gündəlik fransız dili kursları və danışıq klubları, eyni zamanda, Strasburq Universitetinin elmi-tədris laboratoriyalarında dərslər, məşhur abidələrə, beynəlxalq təşkilatlara ekskursiyalar daxildir.
Yay məktəbində UFAZ-ın 46 tələbəsi iştirak edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts