Türkiyəli yazıçı: Şuşanın türk dünyasının mədəniyyət paytaxtı seçilməsini böyük sevinclə qarşıladıq

Tokio, 2 aprel , /AJMEDIA/

Şuşanın türk dünyasının mədəniyyət paytaxtı seçilməsini böyük sevinclə qarşıladıq. Bu, bizlərə Əskişəhərin 2013-cü ildə eyni statusu qazanması xəbərini xatırlatdı.

AJMEDIA xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Əskişəhərdə fəaliyyət göstərən Əmirdağ Mədəniyyət və Sənət Dərnəyinin (ESAB) rəhbəri, yazıçı-publisist Əhməd Urfalı ifadə edib.

Şuşanın tarixi, mədəniyyəti, gözəlliyi barədə davamlı məqalələr yazıb Qafqazın incisinin tanıdılması istiqamətində öz töhfəsini verəcəyini diqqətə çatdıran Əhməd Urfalı deyib ki, türk dünyasının mədəniyyət paytaxtının simvolik açarının Şuşaya məhz qədim Bursadan təslim ediləcəyi öz-özlüyündə böyük bir mədəniyyət körpüsü yaradacaqdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts