Türkiyəli rejissor əfsanəvi aktrisa Marlen Ditrix haqqında serial çəkəcək

Tokio, 3 oktyabr , /AJMEDIA/

“Troya” və bir çox başqa filmlərdən tanınan alman əsilli amerikalı aktrisa Diana Kruger “Marlen” serialında əfsanəvi aktrisa Marlen Ditrix obrazını canlandıracaq.
AJMEDIA daily.afisha saytına istinadla xəbər verir ki, ekran əsərini “Mənim anam Marlen” kitabı əsasında türkiyəli rejissor Fatih Akın çəkəcək.
Ekran əsəri “Bombero International” və “UFA Fiction” şirkətləri tərəfindən hazırlanacaq. F.Akın həm də serialın ssenari müəllifi kimi çıxış edəcək.
Aktrisa Diana Kruger bundan əvvəl F.Akınla bir filmdə də çalışıb. Filmdə aktrisa türk ərinin etnik nifrət zəminində öldürülməsinə görə qisas almaq istəyən qadını canlandırıb. Bu rola görə o, 2017-ci ildə Kann Film Festivalında mükafat alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts