Türkiyə sahillərində güclü zəlzələ olub

Tokio, 5 yanvar, /AJMEDIA/

Türkiyə sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

AJMEDIA-nın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 112 min nəfər olan Alanya şəhərindən 85 kilometr cənub-qərbdə, ocağı isə 69 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts