Türkiyə Prezidenti Azərbaycan və Türkiyə arasında peşə təhsili üzrə əməkdaşlığa dair Protokolu təsdiqləyib

Tokio, 1 aprel , /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”u təsdiqləyib.

Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən protokol 2021-ci il fevralın 19-da təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk tərəfindən imzalanıb.

Protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir. Həmçinin bu Protokol çərçivəsində Azərbaycanda Türkiyə ilə birgə 2 yeni peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts