Türkiyə ordusunun dörd əsgəri şəhid olub

Tokio, 12 sentyabr , /AJMEDIA/

İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin (TSK) dörd əsgəri şəhid olub.
AJMEDIA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə terrorçularla çıxan qarşıdurmada Türkiyə ordusunun iki hərbçisi şəhid olub, daha dörd əsgər yaralanıb. Dərhal xəstəxanaya çatdırılan əsgərlərdən ikisinin həyatını xilas etmək mümkün olmayıb.
Nazirlik şəhidlərlə bağlı türk xalqına başsağlığı verib.
Cavab əməliyyatları davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts