Türkiyə ordusu Suriyada 3 terrorçunu zərərsizləşdirib

Tokio, 6 aprel , /AJMEDIA/

Türkiyə ordusu “PKK-YPG” terror təşkilatının Suriya qanadının 3 silahlısını zərərsizləşdirib.

AJMEDIA-nın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, PKK/YPG terrorçuları Suriyanın şimalında “Sülh çeşməsi” antiterror əməliyyatı bölgəsində zərərsizləşdirilib.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz əzm və qətiyyətlə terror yuvalarını məhv etməyə davam edir. “Sülh çeşməsi” anti-terror əməliyyatı bölgəsində üç PKK terrorçusu zərərsizləşdirilib”, – deyə qeyd olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts