Tokioda məsciddə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb(VIDEO)

Tokio, 1 Oktyabr, /AJMEDIA/

Yaponiyanın paytaxtı Tokiodakı məsciddə Vətən müharibəsi zamanı, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin xatirəsi anılıb.

AJMEDIA xəbər verir ki, Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə “Tokyo Camii ve Diyanet Türk Kültür Mərkəzi”ndə təşkil edilən mərasimdə bu ölkədə yaşayan soydaşlarımız, Türkiyənin Yaponiyadakı səfiri Korkut Güngen, digər müsəlman ölkələrinin səfirliklərinin nümayəndələri, müsəlman icmasının üzvləri iştirak ediblər.

Mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.

Türkiyə səfirliyinin sosial məsələlər üzrə müşaviri Məhəmməd Rəşid Alas Qarabağda dastan yazan şəhidlərimizin əziz xatirəsinin daim yaddaşlarda qalacağını bildirib, qazilərimizə cansağlığı arzulayıb. İki dövlət, bir millət olan Türkiyə və Azərbaycanın qardaşlığının, birliyinin daimi olmasını Allahdan təmənna edib.

Sonra şəhidlərimizin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib və Cümə namazı qılınıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts