Test imtahanında uğur qazanmış namizədlərin nəzərinə: sertifikatlar verilir

Tokio, 1 dekabr , /AJMEDIA/

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə noyabrın 13-də keçirilmiş test imtahanında uğur qazanmış namizədlər sertifikatlarını ala bilərlər. Namizədlər sertifikatlarını almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bu barədə AJMEDIA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Test imtahanında uğur qazanmış namizədlər sertifikatlarını DİM-in Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində ala bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts