Tarix Muzeyinin arxeoloji kolleksiyasına maraqlı tapıntı təhvil verilib

Tokio, 11 Noyabr, /AJMEDIA/

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) arxeoloji kolleksiyasına maraqlı tapıntı təhvil verilib. Bu unikal material – maraqlı bədii tərtibata malik və yumşaq cinsli əhəngdaşından düzəldilmiş riton muzeyin Arxeologiya fonduna daimi mühafizə üçün təhvil verilmiş maddi nümunələr arasında yer alıb.

Muzeydən AJMEDIA-ya bildirilib ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri professor Nəcəf Müseyibli tərəfindən muzeyə təhvil verilmiş həmin artefakt 1964-cü ildə qədim Şamaxıda aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Tapıntının müəllifi, mərhum arxeoloqumuz, görkəmli alim Cabbar Xəlilov bu ritona həsr etdiyi məqaləsində onun dini mərasimlərdə içki qabı kimi istifadə olunması ehtimalını irəli sürüb. Onun dövrünü isə e.ə. III-II əsrlərə aid edib.

Muzey mütəxəssisləri hündürlüyü 17 sm, oturacağının diametri 9 sm olan, yuxarı hissəsi iki insan və bir it başı ilə tamamlanan, zəngvari gövdəyə malik bu tapıntının elmi əhəmiyyətini nəzərə alaraq onun ekspozisiyada nümayiş etdirilməsini məqsədəuyğun hesab edirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts