Tarix Muzeyində sultan Xəlilxan dövrünə aid nadir sikkə qorunur

Tokio, 5 sentyabr , /AJMEDIA/

Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Ağqoyunlu hökmdarı Xəlilxanın adından zərb edilmiş nadir mis sikkə (1,5 q çəkili) qorunur.
Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib.
Xəlilxan çox qısa müddətdə (1477–1479) hakimiyyətdə olub. Məhz bu səbəbdən də həmin hökmdarın dövründən bu günə qədər gəlib çatmış sikkələr nadir hesab edilir.
Sikkənin üst tərəfinə ərəbcə “əl-sultan Xəlil xan”, digər tərəfində isə sola istiqamətlənən pələng və balasının təsviri, üzərində ərəbcə: “Ərzincan” sözü həkk edilib. Bu qiymətli numizmatik fakt XV əsrin sonunda Azərbaycanın pul dövriyyəsini, xüsusilə Türkiyə ilə ticarət əlaqələrini təsdiq edir. Həmçinin sultan Xəlil dövründə gümüş sikkələr – təngə və onun fraksiyaları (1/3, 1/4) zərb edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts