Tarix Muzeyində şagirdlər Şuşanın tarixi barədə məlumatlandırılıb

Tokio, 14 oktyabr , /AJMEDIA/

Milli Azərbaycan Tarixi Muzeyində “Şuşanın nurlu butası” adlı ustad dərsi keçirilib.
Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib.
Nəzəri və praktik hissədən ibarət olan ustad dərsində Bakı şəhəri 262 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
İştirakçılara muzeydə qorunan Qarabağ xanlığına aid eksponatlar, Şuşa şəhərinin tarixi və buta ornamenti haqqında məlumat verilib. Dərsdən sonra şagirdlərə gips fiquru üzərində buta ornamentinin rənglənməsi qaydası öyrədilib.
Sonda Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə və “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” sərgisinə ekskursiya təşkil olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts