Tarix Muzeyində gümüş sikkə dəfinəsi qorunur

Tokio, 29 iyul , /AJMEDIA/

Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda 1980-ci ildə Cəlilabad rayonunda aşkarlanmış gümüş sikkə dəfinəsi qorunur.
Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib.
Dəfinədəki sikkələr hicri 697 – 723-cü (1297 – 1323) illərdə Naxçıvan, Bazar, Təlli Aras, Ərzurum, Ərzincan, Təbriz, Damqan, Kaşan, Şiraz, Kerman, İsfahan, Marağa, Həmədan, Zəncan, Bağdad zərbxanalarında zərb edilib. Üzərində ərəb və uyğur dillərində hökmdarın adı, titulu, islami ifadələr, zərbxana və hicri təqvimə müvafiq zərb ilinin həkk edildiyi həmin dirhəmlər yerli pul təsərrüfatının və xarici ticarət əlaqələrinin tədqiqində önəmli vasitədir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts