Tarix Muzeyi: Atabəylər dövrünə aid sikkələr bərpa olunub

Tokio, 10 iyun , /AJMEDIA/

Milli Azərbaycan Tarixi Muzeyinin numizmatik kolleksiyasına daxil olan tapıntılar arasında 1983-cü ildə Sabirabad rayonunda tapılmış sikkə dəfinəsi yer alır.
Muzeydən AJMEDIA-ya bildirilib ki, təmir-bərpaya ehtiyacı olan, Azərbaycan Atabəyləri və onların vassalları adından zərb edilmiş bu müxtəlif çəkili mis dirhəm və felslər muzeyin Bərpa laboratoriyasına təhvil verilib. Eksponatların bərpası onların üzərində yazıların daha aydın oxunması üçün şərait yaradıb.
Qeyd edək ki, materiallara ikinci həyat verən muzeyin bərpaçı-rəssamı Dinarə Ağayeva mexaniki və kimyəvi-xüsusi təmizləyici maye vasitəsilə bir neçə mərhələdə sikkələri paxır və çirklərdən təmizləyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts