Təsviri sənət istiqaməti üzrə Şəki şəhərində qabiliyyət imtahanı vermiş abituriyentlərin nəzərinə

Tokio, 24 iyul , /AJMEDIA/

Şəki şəhərində iyulun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları keçirilib.
Bu barədə AJMEDIA-ya DİM-dən məlumat verilib. Bildirilib ki, qeyd olunan imtahanda iştirak etmiş abituriyentlərin nəticələri ilə bağlı müraciətlərə baxılması üçün iyulun 25-də saat 14:00-dan etibarən onlayn Apellyasiya komissiyası fəaliyyətə başlayacaq. Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlərdən DİM-in Şəki Regional Bölməsinə gəlmələri xahiş olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts