Təhsil İnstitutu “Bərpa olunan hidrogen və yeni təchizat zəncirinin yaranması” mövzusunda vebinar təşkil edib

Tokio, 29 avqust , /AJMEDIA/

Təhsil İnstitutunun təşkilatçılığı ilə “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi və Azərbaycan Texniki Universitetinin “SABAH Magistratura” proqramı çərçivəsində “Bərpa olunan hidrogen və yeni təchizat zəncirinin yaranması” mövzusunda vebinar keçirilib.
İnstitutdan AJMEDIA-ya bildirilib ki, 70-dən çox izləyicinin iştirak etdiyi vebinarda spiker qismində Türkiyə və Niderlandın müxtəlif şirkətlərində fəaliyyət göstərən və bu sahədə 10 ildən çox təcrübəyə malik olan, enerji elmləri və texnologiyaları üzrə fəlsəfə doktoru Mert Çolakoğlu çıxış edib.
Mert Çolakoğlu dekarbonizasiyanın əhəmiyyəti, bərpa olunan hidrogen və onun təchizat zəncirlərindəki rolundan danışıb. O, həmçinin qlobal istiləşmə və onun təsirlərindən, dekarbonizasiya üçün qlobal öhdəlikdən, bərpa olunan enerji, elektrikləşdirmə, hidrogen və qarşıda duran strategiyalardan bəhs edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts