Şuşa, Kəlbəcər və Laçında çovğun olacaq

Tokio, 20 dekabr , /AJMEDIA/

Dekabrın 21-i səhərədək Şuşa, Kəlbəcər və Laçında hava şəraitinin yağıntılı olacağı, arabir qar yağacağı, bəzi ərazilərdə intensivləşəcəyi, qərb küləyinin arabir 15-18 metr/saniyəyədək güclənəcəyi, çovğun, duman olacağı gözlənilir. Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq. Dekabrın 21-i gündüz, 22-də havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, dekabrın 20-də arabir qar yağacağı gözlənilir. Bəzi ərazilərdə intensivləşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq, bəzi yerlərdə arabir 15-18 metrədək güclənəcək. Havanın temperaturunun gündüz 3-7° şaxta, axşam 9°-dək şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq.
Dekabrın 21-də arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi, axşama doğru əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 3-8 metr təşkil edəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 3-8° şaxta olacağı bildirilir. Yollar buz bağlayacaq.
Dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 0-5° şaxta olacaq. Yollar buz bağlayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts