Şuşa Dövlət Musiqili Dram Teatrında ilin ilk premyerası

Tokio, 31 yanvar, /AJMEDIA/

Şuşa Dövlət Musiqili Dram Teatrı Hüseyn Cavidin “Ana” (bir hissəli mənzum dram) tamaşasının yeni səhnə yozumu ilə 2022–ci ilin ilk premyerasını reallaşdırıb.

AJMEDIA xəbər verir ki, Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşa dahi ədibin anadan olmasının 140 illiyinə həsr olunub.

“Ana” tamaşasının quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur.

Tamaşada Bahar Həmzəyeva, Xanirə İsgəndərova, Mir Qabil Əkbərov, Sürahi Əliməmmədova, Ayşən Mirzəyeva, Nihad Heybətov, Rasəf Mehdiyev, Türkay Cəfərli və Əlirza Kənani öz rollarını böyük həvəslə ifa ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts