Sumqayıtın iki tədris müəssisəsinin məzunları ali məktəbə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər

Tokio, 2 sentyabr , /AJMEDIA/

Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziya bu dəfə rekord göstəriciyə imza atıb. Belə ki, təhsil ocağının ali məktəblərə qəbul imtahanında iştirak edən 61 məzununun hamısı tələbə adını qazanıb.
AJMEDIA xəbər verir ki, ali məktəblərə sənəd verən məzunların 43 nəfəri 600-dən yuxarı bal toplayıb, 15 nəfərin nəticəsi isə 650 baldan yüksəkdir. Qəbul imtahanlarında məzunlar arasında ən yüksək nəticə 692,3 bal olub.
Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunları da yüksək nəticə göstəriblər. Belə ki, 54 məzundan 53-ü tələbə adını qazanıb. Məzunlardan 24-ü 500-700 arası bal toplayıb, 8 nəfər isə 650-dən yuxarı nəticə göstərib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts