Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Tokio, 9 may , /AJMEDIA/

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, mayın 8-də saat 3 radələrində Sumqayıtda şəhər sakini R.Məmmədov idarə etdiyi “Khazar” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Nəticədə avtomobildə olan sərnişin Elxan Səmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts